Bu işçilərin orta aylıq əməkhaqqı artdı

Bu işçilərin orta aylıq əməkhaqqı artdı
SOSİAL
22:17 15.12.2021
363
Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olub.

AZXEBER.COM bu barədə açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir.

Əməkhaqqı neft-qaz sektorunda 3157,3 manat, qeyri neft-qaz sektorunda 674 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,5 manat, özəl müəssisələrdə isə 819,3 manat olub.
OXŞAR XƏBƏRLƏR