"Bu işi İran araşdıra bilməz, öz etdikləri cinayəti açmayacaqlar ki..." - Aqil Abbas

"Bu işi İran araşdıra bilməz, öz etdikləri cinayəti açmayacaqlar ki..." - Aqil Abbas
SOSİAL
15:28 27.01.2023
250
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub.
 
Baş verən terror aktı ilə bağlı AZXEBER.COM-a açıqlama verən millət vəkili Aqil Abbas deyib ki, baş verənlərdə günahkar İrandır: 
 
"Bu, siyasi terrordur. Hadisədə İran hökuməti məsuliyyət daşıyır. Hər bir ölkədə olan səfirlik həmin ölkənin ərazisidir. Bu, həm də dövlət sərhəddini pozmaqdır ki, bu özü də terror sayılır. 1963-cü il konvensiyasına görə, səfirliklər toxunulmazdır. Bütün dünyada olduğu kimi, İran dövləti də Azərbaycan səfirliyini mühafizə etməyə borcludur. Hadisə araşdırılan zaman təhlükəsizlik məqsədilə səfirlik əməkdaşlarını geri çağıra bilərik. İran hökuməti bizim əməkdaşların təhlükəsizliyini təmin edə bilmədiyi üçün, səfirliyimizə "Kalaşnikov"la hücum olundu. Bu işin araşdırılmasını İranın üzərinə qoymaq olmaz. Çünki İranın özünün etdiyi cinayəti özü açmayacaq ki!".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR