Bu işsiz şəxslərə mal-qara veriləcək

Bu işsiz şəxslərə mal-qara veriləcək
SOSİAL
12:10 20.07.2026
920
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi çərçivəsində "Agro Best” şirkəti ilə nəhəng müqavilə bağlayıb.

AZXEBER.COM iqtisadiyyat.az-a istinadən xəbər verir ki, müqavilədə kənd təsərrüfatı heyvanlarının və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri isə 66 milyon 150 min manat müəyyənləşib. Amma alınacaq heyvanların sayı və görüləcək digər işlərlə bağlı detallar açıqlanmayıb.

Amma agentlik əvvəlki ildə aşağıdakı mal-qaranı sifariş edib:

1) 3 yaşa qədər diri çəkisi minimum 265 kq olan 14 400 inək,

2) 2-4 yaş arası çəkisi minimum 45 kq olan 40 000 qoyun,

3) 2-4 yaş arası çəkisi minimum 55 kq olan 2 000 qoç,

4) 2-4 yaş arası çəkisi minimum 35 kq olan 10 000 keçi,

5) 2-4 yaş arası çəkisi minimum 35 kq olan 1000 təkə,

6) minimum 15000 sayda işçi arıdan ibarət olan 14 000 arı ailəsi (Ana arı ən azı 1 yaşında olmalıdır),

7) Qarışıq yem – 800 kq (5840 kq)

8) Arıçı geyimi (qurşaqdan yuxarı,papaqla birlikdə,qalın bez material) – 700 dəst,

9) Bal süzən aparat (alminium və nerjavika qarışığı, 4 pərli, 40 lt) – 700 ədəd.

Məlumat üçün xatırladaq ki, agentlik özünüməşğulluq layihəsi çərçivəsində mal-qaranı (idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malları) adətən "Agro Best” şirkətindən alır. Qurum bu alqı-satqı ilə bağlı 2022-ci ildə 70 milyon, 2023-cü ildə 80 milyon, 2024-cü ildə 67 milyon, 2025-ci ildə 65 milyon manat dəyərində satınalma müqaviləsi bağlanılıb. Açıqlanan məlumatlara əsasən, 2021-ci ildən bəri özünüməşğulluq layihəsi çərçivəsində şirkətlə Agentlik arasında bağlanmış alqı-satqı müqavilələrinin ümumi maliyyə dəyəri 346 milyon manatdan artıq olub.

Qeyd edək ki, özünüməşğulluq şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. İşsiz və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslər özünüməşğulluq proqramında iştirak etmək hüququna malikdirlər. Özünüməşğulluq proqramında iştirak etmək istəyən şəxslər qeydiyyatda olduğu Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına və ya "DOST” mərkəzlərinə müraciət etməlidirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
16:50 27.10.2026
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
16:42 27.10.2026
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
16:35 27.10.2026
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Modeli döyən iş adamına hökm oxundu
16:32 27.10.2026
Modeli döyən iş adamına hökm oxundu
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
16:28 27.10.2026
Hava ilə bağlı xəbərdarlıq - Leysan yağacaq, dolu düşəcək
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
16:15 27.10.2026
Fərid Cəfərov: “Mədəni irsin bərpası mühüm əhəmiyyət daşıyır”
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
16:06 27.10.2026
İsraildə seçkilər keçirilir - Netanyahu yenə qalib gələcək? - AÇIQLAMA
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
16:00 27.10.2026
Prezident və ailə üzvləri sərgi ilə tanış oldu - FOTOLAR
Pezeşkian Moskvada səfərdədir
15:57 27.10.2026
Pezeşkian Moskvada səfərdədir
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
15:43 27.10.2026
Pakistanlı nazir: Səudiyyə Ərəbistanını bütün gücümüzlə müdafiə edəcəyik
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
15:38 27.10.2026
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı