Filippində iki azyaşlı qızı qurtararkən motosiklet qəzasında burnunu burnunu itirən qəhrəman it Kabanq Amerikadakı 7 aylıq müalicəsinin ardınca evinə geri qayıdıb.
Filippində 2011-ci ilin dekabr ayında Kabanq adlı it iki azyaşlı qızı yolun qarşısına keçməyə çalışarkən bir motosikletin gəldiyini görüncə köməyə qaçıb. Kabanq qızlara dəyəcək motosikletin ön təkərlərinə doğru atılıb. Motosiklet yuvarlanarkən təkərlərlə asfalt arasında sıxışan Kabanqın burnu tamamilə qopub.
Qəsəbə sakinləri tərəfindən qəhrəman elan edilən it, heyvan xəstəxanasına aparılıb. Müalicəyə alınan it həyatda qalmağı bacarsa da burnunu itirib.
Nyu-Yorkda bir tibb bacısının xeyriyyə aksiyasında qəhrəman itin müalicəsi üçün 20 min dollar toplanılıb. Kabang, 300 itin də qatıldığı bir qrupla birgə müalicəsi üçün ABŞ-a aparılıb. Müalicəsinin ardınca burnunun bir qisminə yamaq olunan it 7 aylıq ayrılıqdan sonra ölkəsinə geri qayıdıb.
Fatimə İbrahimova