Bu kəndə köçənlərə pulsuz ev verəcəklər

Bu kəndə köçənlərə pulsuz ev verəcəklər
MARAQLI
12:14 22.05.2026
1365
İtaliyanın Abruzzo bölgəsində yerləşən orta əsr atmosferinə sahib Santo Stefano di Sessanio kəndi yox olmaq təhlükəsi ilə üzləşən əhalisini canlandırmaq məqsədilə geniş təşviq proqramına başlayıb.

AZXEBER.COM Musavat.com-a istinadən xəbər verir ki, proqram çərçivəsində kəndə yerləşəcək gənc sahibkarlara mənzil və nağd yardım daxil olmaqla 44 min avroya qədər dəstək təqdim olunur.

Dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən və ölkənin ən simvolik dağ kəndlərindən biri hesab edilən Santo Stefano di Sessanio demoqrafik böhranla mübarizə aparır. Hazırda cəmi 115 nəfər əhalisi olan və sakinlərinin böyük hissəsini yaşlıların təşkil etdiyi kənddə yerli idarəçilik tarixi quruluşu qorumaq və iqtisadi canlanmanı yenidən təmin etmək üçün radikal addım atıb.

Hazırlanan layihə qısa müddətli ziyarətçiləri deyil, həyatını tamamilə bu bölgəyə köçürməyi öhdəsinə götürən daimi sakinləri hədəfləyir. Proqrama müraciət etmək üçün əsas şərtlər bunlardır:

18-40 yaş arası şəxslər müraciət edə bilər.

İtaliya vətəndaşları ilə yanaşı, Aİ vətəndaşları və İtaliyada etibarlı yaşayış icazəsi olan əcnəbilər də proqramdan yararlana bilər.

İştirakçıların kənddə faktiki yaşaması və müəyyən edilmiş sahələrdə iqtisadi fəaliyyət göstərməsi məcburidir.

Kəndi canlandırmağı hədəfləyən dəstək paketi yeni sakinlərin həm əsas ehtiyaclarını, həm də biznes qurma xərclərini qarşılamağa yönəlib:

Yeni sakinlərə 3 il boyunca illik 8 min avroya qədər nağd yardım ediləcək.

Kənddə yeni biznes açacaq şəxslərə 20 min avroya qədər birdəfəlik başlanğıc qrantı veriləcək.

İştirakçılara yaşamaq üçün simvolik qiymətə kirayə mənzil imkanı təqdim olunacaq.

Hansı sahələrə ehtiyac var?

Kənd rəhbərliyi xüsusilə bölgənin turizm potensialını artıracaq və yerli əhalinin həyat keyfiyyətini yaxşılaşdıracaq sahələrə üstünlük verir. Bu çərçivədə turizm və qonaqlama xidmətləri, əl işləri, mədəni tədbirlərin təşkili və gündəlik həyatı asanlaşdıracaq pərakəndə xidmətlər ən çox ehtiyac duyulan sahələr arasında yer alır.

Santo Stefano di Sessanio rəsmiləri bu cür layihələrin İtaliyanın "tərk edilmiş kəndlər” probleminə davamlı həll olmasını və orta əsrlərdən qalan bu memarlıq irsinin gələcək nəsillərə ötürülməsini hədəflədiklərini bildiriblər. Oxşar layihələrin daha əvvəl İspaniyanın Arenillas kimi bölgələrində də həyata keçirildiyi qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
04:12 29.10.2026
Uşakov Əbu-Dabidə Ukrayna üzrə üçtərəfli danışıqların keçiriləcəyi tarixi açıqlayıb
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
04:00 29.10.2026
Fransanın büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edilib
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
03:50 29.10.2026
Yeniyetmələr arasında kütləvi qətl törədənlərə pərəstişin yayılması həyəcan doğurur
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
03:40 29.10.2026
Pakistanda hərbi əməliyyatlar zamanı 9 yaraqlı öldürülüb
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
03:30 29.10.2026
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
03:20 29.10.2026
"Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
03:10 29.10.2026
"Barselona" Xulian Alvaresə görə kəsilən cərimədən şikayət edəcək
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
03:00 29.10.2026
Paşinyan İranla sərhəd infrastrukturunun inventarlaşdırılması üçün komissiya yaradıb
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
02:50 29.10.2026
Türkiyədə iki avtomobil toqquşub, ölən və yaralananlar var
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
02:40 29.10.2026
Zelenski: Biz istənilən formatda danışıqlara hazırıq
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
02:30 29.10.2026
Belqradda İsrail səfirliyinin əməkdaşına bıçaqla hücum edən yeniyetmə güllələnib
Almaniyada Rusiyaya işləməkdə şübhəli bilinənlər saxlanıldı
02:20 29.10.2026
Almaniyada Rusiyaya işləməkdə şübhəli bilinənlər saxlanıldı
Dörd bürcün həyatında çətinliklər geridə qalır
02:10 29.10.2026
Dörd bürcün həyatında çətinliklər geridə qalır
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
02:00 29.10.2026
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
Həkimlər problemini tapa bilmirlər - FOTO
01:53 29.10.2026
Həkimlər problemini tapa bilmirlər - FOTO
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir
01:46 29.10.2026
İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir