“Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi

“Bu kimi xəbərlər gülüş doğurur” - Müdafiə Nazirliyi
SİYASƏT
19:39 18.08.2019
8030

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərə münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, təbliğat məqsədilə yayılan bu xəbərin heç bir əsası yoxdur: "Tam fərqli olaraq Azərbaycan Ordusunun bölmələri cəbhənin bütün istiqamətlərində düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır, vizual və xüsusi texniki müşahidə vasitələri ilə izləyir, eləcə də onun istənilən hərəkətinin qarşısını hər an almağa hazırdır. Bu kimi xəbərlər gülüş doğurur. Biz bu cür məlumatlara, onları yayanlara və ələlxüsus inananlara təəssüf hissi ilə yanaşırıq”.

 

Qeyd edək ki, Ermənistan mətbuatı guya aparılan mühəndis istehkam tədbirləri nəticəsində mövqelərini irəli çəkmələri barədə məlumat yayıb.

OXŞAR XƏBƏRLƏR