O, ana ola bilməyən arvadı üçün belə cinayəti törətdiyini deyib.
39 yaşlı Nikolay Dışkant 18 yaşlı tələbə Olesya Makinanı tovlamış, qızla evlənəcəyini demişdi.
Olesya hamilə qalıb, sonra isə qızını dünyaya gətirib.
Nikolay onunla evlənməsə də, qeyri-rəsmi nikahda yaşayırdı və dünyaya gəlmiş Lyubov adlı qıza da öz soyadını verdi.
Vaxtından əvvəl doğulmuş Lyubov doğum evindən çıxarılandan sonra müayinə zamanı onda pnevmoniya aşkarlanıb.
"Xəstəxanada böyüklər üçün yer olmadığındın məni qızımla yatırmadılar. Lyubovu xəstəxanadan çıxarmazdan əvvəl Nikolayla vədələşdik ki, arxamca maşınla gələcək və qızımızı xəstəxanadan birlikdə çıxaracağıq", - Olesya deyir.
Olesya qeyri-rəsmi ərini gözləyəndə Nikolay qızı xəstəxanadan çıxarıb və evinə, arvadının yanına aparıb.
Olesya sonrakı üç həftə ərzində Dışkantdan qızın harada olduğunu soruşsa da, cavab ala bilmirdi.
"Ondan qızımı qaytarmasını istəyirdim, amma məni hədələyirdi. Sonra söylədi ki, mənimlə tanışlığı əvvəlcədən planlaşdırıbmış. Çünki arvadı uşaq doğa bilmirmiş", - Olesya ağlayaraq söyləyib.
Nikolay Dışkant da fürsəti fövtə verməyərək Olesyadan məhkəməyə müraciət edərək, qadının valideynlik hüququndan məhrum edilməsini istəyib.
Olesya Makina da Nikolaya qarşı əks iddia qaldıraraq, onu qızı Lyubovu oğurlamaqda ittiham edib. (milli.az)