Bu kişi hər gün öz məzarının üzərində yatır

DÜNYA
13:58 05.11.2013
1162
“Bir ayağım bu dünyadadır, digəri o biri dünyada” devizi ilə yaşayan 78 yaşlı Həsən Aydın ölümünə hazırlaşır
Evinin qarşısında özünə qəbir qazan yaşlı bir kişi, qazdığı qəbrin üstündə yataraq ölümünə hazırlaşır. Türkiyənin Antalya şəhərində 78 yaşındakı Həsən Aydın indidən özü üçün qəbir qazdırıb. Hər gün məzarını təmizləyən kişi “bir ayağım bu dünyadadır, digəri o biri dünyada” deyərək bəzən hətta qəbrinin üstündə yatdığını da söyləyib.55 ildir inşaat işçisi olan bu yaşı kişi həyat yoldaşı vəfat edəndən sonra “ölümə hazırlıqlı olmaq lazımdır” deyərək, qəbrini öz təşəbbüsü ilə qazıb. O ölümdən qorxmadığını deyib. Həmçinin söyləyib ki, həyat çox qısadır, buna gör də qəlb qırmaq olmaz: “Bu dünyada Sultan Süleyman da qala bilməyib, biz necə qalaq? Hamımızın gedəcəyi yer buradır”.(ANSPRESS)

OXŞAR XƏBƏRLƏR