Mərakeş sultanı İsmayıl insanlıq tarixinin ən çoxuşaqlı atası kimi tanınıb
17-18-ci əsrlərdə (1672-1727) Mərakeşi idarə etmiş əfsanəvi sultan Mulay İsmayıl təkcə döyüşkən hökmdar kimi deyil, həm də ən çoxuşaqlı ata kimi tarixdə qalıb. ANS PRESS-in məlumatına görə, danışılanlar və tarixi sənədlər onun 1171 övlad sahibi olduğunu deyir.
Vyana universitetinin alimləri iddia edirlər ki, döyüşkən sultana yalnız həsəd aparmaq olar. Sultan İsmayılın bu "nailiyyəti" üzərində davam edən iki yüzillik mübahisəyə, sonunda alimlər də qoşulub. Vyanalı araşdırmaçılar bu qədər çox uşağa sahib olmağın mümkünlüyünü aydınlaşdırmaq qərararına gəliblər.
Lakin onlar birmənalı cavab ala bilməyiblər. Lakin Mərakeş hakimini Ginnesin rekordlar kitabına salmaq məsləhət deyil. Amma hər halda nəzəri cəhətdən bu qədər uşağın atası olmaq təmamilə mümkündür.
Məlumdur ki, sultanın 500 kənizdən ibarət çox böyük hərəmxanası olub. Alimlərin fikrincə, isə ailə, daha doğrusu sultanın birlikdə olduğu qadınların sayı 65-110 arasında ola bilər.
18-ci əsrin əvvəllərində Mərakeşə səfər etmiş fransız diplomatı Dominik Busnot 1704-ci ildə yazıb ki, Sultan Mulay Süleymanın 1171 uşağı, eləcə də 4 arvadı və 500 kənizi olub.
Dünyanın ən çox uşaqlı atası kimi Ginnesin rekordlar kitabına düşən şəxsin 888 uşağı olub.
