Bu komanda hər həftə tarix yazır

İDMAN
22:25 14.12.2010
2726

İspaniya La Liqasının lideri "Barselona" komandası yeni bir rekora imza atıb. Kataloniyalılar bu rekoru son turda "Real Sosyedad"la qarşılaşmada gerçəkləşdiriblər.

Böyükhesablı (5:0) qələbə ilə yanaşı, "Barselona" gözəl və rəqibi çaş-baş salan ötürmələrlə yenə diqqəti cəlb edib. İspaniya mətbuatı xəbər verir ki, kataloniya klubu həmin qarşılaşmada 938 ötürmə ilə bir matçda ən çox ötürmə verən komanda olaraq İspaniyada yeni rekoru müəyyənləşdirib.

OXŞAR XƏBƏRLƏR