Bu küçələrdə rənglənmə işləri gedir - Sürücülərin nəzərinə

Bu küçələrdə rənglənmə işləri gedir - Sürücülərin nəzərinə
SOSİAL
17:36 27.04.2017
902

 

"Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

 

Qurumun mətbuat xidmətindən AZXEBER.COM-a verilən  məlumata görə,  müvafiq işlər bu axşam saat 22:00- dan  etibarən  Nərimanov rayonu, Ağa Neymətulla küşəsində, Səbail rayonunun isə  Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində  aparılacaq. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR