Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi

Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
SİYASƏT
12:42 14.07.2026
569
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlər keçirilən tədbirlər nəticəsində 113 xarici vətəndaşı ölkədən deportasiya edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, deportasiya edilən şəxslər arasında Türkiyə, Hindistan, Rusiya, Türkmənistan, Banqladeş, Nigeriya, Azərbaycan, Çin, Özbəkistan, Sudan, Keniya, Paraqvay, Filippin, İordaniya, Uqanda, Livan və digər ölkələrin vətəndaşları var.

Deportasiya olunan şəxslərin Gürcüstana girişi qadağa edilib.

Qeyd edək ki, bu il Gürcüstandan 2203 qeyri-qanuni miqrant xaric edilib ki, bu da 2025-ci ilin ümumi rəqəmindən 70% çoxdur.
OXŞAR XƏBƏRLƏR