Avstraliya elektron siqaretlərin idxalını qadağan edir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Mark Batler deyib.
Nazir bununla bağlı açıqlama verərək bunları deyib: "Elektron siqaretləri ləğv etmək üçün növbəti addımları atırıq. Biz avstraliyalıları, xüsusən də gəncləri siqaret və nikotin asılılığının zərərlərindən qorumağa qərarlıyıq. Yanvarın 1-dən biz birdəfəlik elektron siqaretlərin idxalını qadağan edəcəyik".
Günel










































