Bu ölkə kosmosa göndərəcəyi kişi və qadın kosmonavtın adlarını açıqladı

Bu ölkə kosmosa göndərəcəyi kişi və qadın kosmonavtın adlarını açıqladı
DÜNYA
11:46 15.02.2023
207
Səudiyyə Ərəbistanı kosmosa göndəriləcək kişi və qadın astronavtın müəyyən edildiyini açıqlayıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, kosmosa gedəcək alimlərin adlarının Rayyane Bernavi və Ali Karni olduğu açıqlanıb.
  
Səudiyyə Ərəbistanı rəsmi agentliyi SPA-da yer alan xəbərdə, 2023-cü ilin ikinci rübündə AX-2 kosmik gəmisi ilə gedəcək Səudiyyə Ərəbistanı astronavtlarının Rayyane Bernavi və Əli Karni olacağı qeyd edilib.

Astronavtların araşdırma üçün kosmos stansiyasına göndəriləcəyi bildirilən xəbərdə kosmos gəmisinin ilin ikinci yarısında ABŞ-dan yola düşəcəyi bildirilib.

Xəbərdə astronavtlar Meryem Firdevs və Əli əl-Qəmdinin proqram çərçivəsində kosmosun tədqiqi ilə bağlı təlim alacağına dair məlumatlar da yer alıb.

Səudiyyə Ərəbistanı Kosmik Agentliyi ötən ilin sentyabrında "Vision 2030” çərçivəsində kosmos proqramının işə salındığını açıqlamışdı. Kosmos sənayesi sektorundan faydalanmaq və bu sahədə araşdırmalara töhfə vermək məqsədi daşıdığı bildirilib.

Bu çərçivədə ilk astronavt komandasının 2023-cü ildə kosmosa göndərilməsinin planlaşdırıldığı və göndəriləcək komandada qadın astronavt olacağı da bildirilib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR