Bu ölkə “Pfizer”in şüşəsində yad maddələr tapdı

Bu ölkə “Pfizer”in şüşəsində yad maddələr tapdı
DÜNYA
13:21 15.09.2021
927

Yaponiyada "Pfizer” istehsalı olan COVİD-19 peyvəndi şüşələrində xarici maddə aşkar edilib.

AZXEBER.COM xəbər verir ki, Yaponiyada "Moderna” peyvəndlərinin istifadəsi dayandırılandan sonra "Pfizer” peyvəndinin tərkibi də həkimlər tərəfindən araşdırılıb.

Araşdırmalar nəticəsində Tokio yaxınlığındakı Sagamihara, Kamakura bölgələrində və Osaka yaxınlığındakı Sakai bölgəsində "Pfizer” tərəfindən istehsal olunan 5 istifadə edilməmiş COVİD-19 peyvəndi şüşəsində xarici maddələr aşkar edilib.

Xarici maddə aşkar edilmiş şüşələrdən istifadə edilməsə də, hökumət bu peyvəndlərlə bağlı yeni qaydaların həyata keçiriləcəyini açıqlayıb.

Qeyd edək ki, Yaponiya Səhiyyə Nazirliyi ötən ay ABŞ istehsalı "Moderna” peyvəndinin ölkədə istifadəsinə qadağa qoymuşdu. Buna səbəb peyvəndin tərkibində müəyyən edilə bilməyən maddələrin olması idi.

Ayşən Mirzəyeva

OXŞAR XƏBƏRLƏR