Bu ölkə Putinə qadağa qoydu - Ölkəyə girə bilməz!

Bu ölkə Putinə qadağa qoydu - Ölkəyə girə bilməz!
DÜNYA
14:30 28.02.2022
665
Rusiya prezidenti Vladimir Putinə Avstraliyaya giriş qadağan edilib.

AZXEBER.COM xəbər verir ki, Avstraliyanın baş naziri Skott Morrison Rusiyanın Ukraynaya qarşı müharibəsində məsuliyyət daşıyan Rusiya prezidenti Vladimir Putin və Rusiya Təhlükəsizlik Şurasının daimi üzvlərinin ölkəyə girişini qadağan etmək qərarına gəldiklərini açıqlayıb.

Baş nazir Morrison Ukraynaya hücum edən Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı Baş nazirliyin rəsmi internet saytında yazılı açıqlama verib.

Rusiyanın beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının Konvensiyasını kobud şəkildə pozduğunu ifadə edən Morrison Putini Ukraynaya qarşı apardığı dəhşətli və ədalətsiz müharibəyə görə qınayıb.

Həmçinin bildirib ki, Avstraliyanın tətbiq edəcəyi maliyyə sanksiyaları və səyahət qadağaları Rusiya Prezidenti Putin, Xarici İşlər Naziri Sergey Lavrov, Müdafiə Naziri Sergey Şoyqu, Baş nazir Mixail Mişustin və Daxili İşlər Naziri Vladimir Kolokoltsev üçün gecə yarısından etibarən qüvvəyə minir.

Ayşən
OXŞAR XƏBƏRLƏR