Bu ölkə Rusiyanın 200 milyon avrodan çox aktivlərini dondurdu

Bu ölkə Rusiyanın 200 milyon avrodan çox aktivlərini dondurdu
DÜNYA
16:56 18.03.2022
272
Hollandiya Rusiyanın 200 milyon avrodan çox aktivlərini dondurub.

AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Hollandiya Mərkəzi Bankının (DNB) sədri Klaas Knot Rusiyaya qarşı tətbiq edilən iqtisadi sanksiyalar çərçivəsində ümumilikdə 200 milyon avrodan çox Rusiya aktivini dondurduqlarını açıqlayıb.

Knot Belçikanın dondurduğu Rusiya aktivləri ilə müqayisədə bu rəqəmin çox aşağı olmasının səbəbi kimi ölkədəki Rusiya varlığının Belçikadakından qat-qat az olmasını göstərib.
 
Ayşən Mirzəyeva
OXŞAR XƏBƏRLƏR