Bu ölkə silahlanma üçün Avropa İttifaqından 1 milyard avro istəyir

Bu ölkə silahlanma üçün Avropa İttifaqından 1 milyard avro istəyir
DÜNYA
08:39 22.10.2026
257
Litva müdafiə qabiliyyətini gücləndirmək məqsədilə Avropa Komissiyasına 1,06 milyard avro məbləğində maliyyə vəsaitinin ayrılması üçün müraciət edib.

Bu barədə Litvanın LRT telekanalı məlumat yayıb.

Bildirilir ki, vəsait Avropa İttifaqının SAFE proqramı çərçivəsində ayrılacaq. Proqram üzv dövlətlərə hərbi texnika alınması və müdafiə sənayesinin inkişafı üçün uzunmüddətli güzəştli kreditlərin verilməsini nəzərdə tutur.

Məlumata görə, Litva iyun ayında proqram üzrə 956 milyon avro avans alıb. Həmin avansın müvafiq hissəsi yeni tranşdan çıxıldıqdan sonra ölkəyə 905 milyon avro ödənilməsi gözlənilir.

Ayrılacaq vəsait döyüş sistemlərinin, hərbi texnikanın və digər müdafiə avadanlıqlarının alınmasına yönəldiləcək.

Qeyd edək ki, SAFE proqramı Avropa İttifaqına üzv ölkələrin hərbi potensialının artırılması və müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyır.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR