Bu ölkə “Telegram” və “Instagram”ı blokladı

Bu ölkə  “Telegram” və “Instagram”ı blokladı
DÜNYA
21:36 31.12.2017
1788
İran hökuməti ölkədə baş verən kütləvi etiraz aksiyaları fonunda "Telegram” messenceri və "Instagram” fotoservisini bağlayıb.
 
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə anonim mənbəyə istinadən İran Dövlət televiziyası məlumat yayıb.
 
Mənbənin sözlərinə əsasən, bu addım vətəndaşların və ictimai təhlükəsizliyin təmin edilməsinə yönəlib.
 
Qərar ölkənin Ali Milli Təhlükəsizlik Şurası tərəfindən qəbul olunub.
OXŞAR XƏBƏRLƏR