Almaniya Xüsusi Əməliyyatlar Komandanlığı (KSK) Moskva ilə mümkün hərbi toqquşmaya qarşı hazırlıqlarını gücləndirib.
KSK komandiri Andreas Kühne "Bild"ə bildirib: "Biz Rusiyanın mümkün hücumlarına hazırlaşmalıyıq".
Xüsusi təyinatlı qüvvələrin tank, artilleriya, pilotsuz uçuş aparatları və elektron müharibə və digər bölmələri təlim keçirlər.
Hərbi birləşmə Ştutqartdan uzaq olmayan Kalv şəhərindəki Zeppelin kazarmasında yerləşir. KSK-da təxminən 1500 nəfər çalışır. Lakin onların yalnız üçdə biri xüsusi təyinatlı qüvvələr, qalanları isə inzibati heyətdir. Seçim prosesi olduqca sərtdir: namizədlərin yalnız 15 faizi imtahandan keçir. Cəmi bir neçə il əvvəl ən elit bölmənin gələcəyi təhlükə altında idi. İfrat sağçılarla bağlı hadisələr, vida mərasimində nasist salamları və donuz başları, sursatın yoxa çıxması, eləcə də KSK hərbçisində silah və partlayıcı maddələrin aşkarlanması bölməni zəiflətdi. 2020-ci ildə xüsusi təyinatlı qüvvələrin bölmələrindən biri ləğv edildi.
///teleqraf///











































