Yaponiyanın paytaxtı Tokioda böyük zəlzələlər zamanı reaksiyanı sürətləndirmək, fəlakət zamanı baş verə biləcək yanğınları və bina çökmələrini tez aşkar etmək üçün süni intellekt sistemlərindən ibarət kameralardan istifadə edilməyə başlanıb.
AZXEBER.COM Yaponiyanın "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Tokio Metropolitan Prefekturasının rəsmiləri bildirib.
Prefektura binasına, Tokio körfəzi yaxınlığındakı körpüyə və şəhərin qərbindəki təyinatlı nöqtələrə yüksək dəqiqlikli kameralar yerləşdirilib.
Səlahiyyətlilər sistemin fəlakətlərə daha sürətli reaksiya verə bilmələri üçün polis və yanğınsöndürmə briqadası kimi müvafiq qurumlara anında məlumat vermək qabiliyyətinə sahib olduğunu vurğulayıb.
Mikayıl