Britaniyada 10 il ərzində 12 dəfə magistral yolun ortasında dayanaraq nəqliyyatın hərəkətini pozan şəxs həbs edilib.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, Uelsin Suonsi şəhərində illərdir nəqliyyatın hərəkətinə maneçilik törədərək problem yaradan David Hampson məhkəmə tərəfindən həbs cəzasına məhkum edilib.
O, xüsusilə polis idarəsi ilə məhkəmə arasında avtomobillərin hərəkətinə mane olan və hakimiyyət orqanlarına çətinlik yaradan hərəkətli küçəni seçib.
Məhkəmədə məlum olub ki, Hampson iyunun 19-da polis idarəsinin qarşısındakı küçəni bağladığına və nəqliyyat vasitələrinin hərəkətinə mane olduğu üçün saxlanılıb.
Mikayıl