Panamada 6.6 bal gücündə zəlzələ baş verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri David şəhərindən 94 km cənubda yerləşib.
Zəlzələnin mərkəzi 10 km dərinlikdə olub.
Qeyd edək ki, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
Mikayıl