Bu ölkədə ağlasığmaz qayda: Avtomobillərini özləri yuyanlar cərimələnəcək

Bu ölkədə ağlasığmaz qayda: Avtomobillərini özləri yuyanlar cərimələnəcək
DÜNYA
10:52 18.07.2023
225
Almaniyada avtomobilini özü yuyan şəxslər cərimələnəcək.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyada tətbiq edilən "Su Resursları Qanunu" ilə zəhərli və ya suyu çirkləndirən maddələrin yeraltı sulara qarışmasının qarşısını almağa çalışılır.
 
Buna görə də avtomobilini özü yuyan şəxslər dövlətdən asılı olaraq 100 min avroya qədər cərimələnəcək.

Federal Ştatda avtomobili öz həyətinizdə kimyəvi təmizləyicilərlə yumaq ümumiyyətlə qanunsuzdur. Lakin cəzaların icrası adətən bələdiyyələrin üzərinə düşür.
 
Bu səbəbdən avtomobilini yumağı planlaşdıranların müvafiq ictimai təhlükəsizlik idarəsindən məlumat istəmələri tövsiyə olunur.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR