Macarıstanın Baş naziri Viktor Orban, Avropanın ən əhatəli vergi azaltma proqramını həyata keçirəcəklərini, 2 və 3 uşaqlı anaları ömürlük gəlir vergisindən azad edəcəklərini söyləyib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Orban Macarıstan Milli Məclisində hökumətin bu il iqtisadi sahədə atacağı addımlarla bağlı açıqlamalar verib.
2025-ci ili sıçrayış ili olaraq xarakterizə edən Orban, "Avropada ən əhatəli vergi azaltma proqramını da həyata keçirəcəyik. Mən bunu sıçrayış adlandırıram. 2 və 3 uşaqlı anaları ömürlük gəlir vergisindən azad edirik" deyə çıxışında bildirib.
Orban qeyd edib ki, tənzimləmə üç uşaqlı analar üçün 2025-ci ilin oktyabrında, iki uşaqlı analar üçün isə 2026-cı ilin yanvarında qüvvəyə minəcək.
Aysel