Svazilend Krallığı İİV virusunun yayılmasının qarşısını almaq üçün qeyri-adi üsula əl atıb.
AZXEBER.COM-un məlumatına görə, krallığ “bakirəlik maaşı” adlandırdığı bu layihənin maliyyəsini isə dünya bankından alacaq.
Hər bir bakirə qıza orta hesabla aylıq 20 dollar pul veriləcək. Dövlət rəsmiləri bu addımla ölkədə sürətlə artan fahişəliyin və İİV virusuna yoluxan qızların sayının azalacağını söyləyirlər.
Qeyd edək ki, Svazilend Krallığı Afrikanın ən kasıb ölkələrindən biridir və bu ölkədə işsizliyin yüksək səviyyədə olması insan alverinin sürətli artımına səbəb olub.


