Bu ölkədə beyin yeyən bakteriya peyda oldu: Mütəxəssislərdən sərt AÇIQLAMA

SAĞLAMLIQ
10:55 03.03.2023
766
ABŞ-ın Florida ştatında bir kişi beyin yeyən amöbdən ölüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölən şəxsin kimliyi açıqlanmasa da, səlahiyyətlilər ictimaiyyəti sinusları kran suyu ilə təmizləməməyə çağırıblar.

Ötən gün dünyasını dəyişən şəxsin fevralın 23-də xəstəxanaya aparıldığı bildirilib. Ştatın cənub-qərbində, Şarlottada baş verən hadisədən sonra səhiyyə rəsmiləri adamın sinuslarını krandan su ilə təmizləyərkən, ehtimal ki, amöbə tutulduğunu söyləyiblər.

"Naegleria fowleri" adlı amöb burun vasitəsilə beyinə daxil olur. Səlahiyyətlilər deyir ki, amöb ilə su içmək sağlamlıq üçün heç bir təhlükə yaratmır. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə, bu tip amöbə yoluxmuş bir insanın sağ qalma şansı olduqca aşağıdır.
 
Dövlət səhiyyə rəsmisi Jae Williams amöbıün suya necə düşdüyünü izah edib.

Bu amöb növü adətən isti şirin su bulaqlarında, hovuzlarda və göllərdə tapılır. Bu təkhüceyrəli orqanizm burundan insan orqanizminə daxil olduqda ölümə səbəb olur, mədə turşuları isə ağızdan qəbul edildikdə amöbləri məhv edir.

Amöb meningoensefalit (beynin və beyin qişasının iltihabı) amöbə yoluxmuş insanlarda baş verir. Bu səbəbdən ABŞ-da hər il orta hesabla üç kişi ölür. Xəstəliyin simptomları arasında baş ağrısı, hərarət, başgicəllənmə, qusma, oriyentasiyanın pozulması, boyun ağrısı, tarazlığın itirilməsi, halüsinasiyalar və qıcolmalar daxildir.
 
ABŞ məlumatlarına görə, 1962-2001-ci illərdə bu xəstəliyə yoluxan 154 nəfərdən yalnız dördü sağ qalıb.

Qeyd edək ki, səlahiyyətlilər xalqı sinuslarını birbaşa kran suyu ilə təmizləməməyə çağırıb. Bunun əvəzinə təmizlənmiş sudan və ya qaynadıqdan sonra otaq temperaturuna gələn sudan istifadə etmək tövsiyə edilib. Bu proses suda olan bakteriyaları öldürür.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR