Bu ölkədə COVİD-19-a yoluxanların sayı 2 milyona yaxınlaşdı

Bu ölkədə COVİD-19-a yoluxanların sayı 2 milyona yaxınlaşdı
DÜNYA
14:20 19.05.2022
343
Şimali Koreyada COVİD-19-a yoluxma sayı kəskin artıb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, son nəticəyə əsasən yoluxma 262 min 270 artaraq 1 milyon 978 min 230-a yüksəlib, ölkədə COVİD-19-dan həyatını itirənlərin sayı 63-ə çatıb.
 
Şimali Koreya lideri Kim Çen Inın dövlətin COVİD-19 epidemiyasının öhdəsindən gələ bilməyəcəyini bildirməsindən sonra səhiyyə rəsmiləri hərəkətə keçib. Dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) ölkədə dərman və tibbi ləvazimatların, o cümlədən dezinfeksiyaedici maddələrin və termometrlərin istehsalının artdığını açıqlayıb.

Ölkədə komendant saatı tətbiq edən Şimali Koreyanın ənənəvi dərman istehsalını artırmağa çalışdığı öyrənilib və sözügedən dərmanların xəstəliyin müalicəsində təsirli olduğu bildirilib.
 
Məlumata görə, Pxenyan və yaxın ərazilərdəki fabriklərin tibbi ləvazimatları ildırım sürəti ilə istehsal etdiyi və dezinfeksiya işlərinin intensivləşdiyi bildirilib. Həmçinin minlərlə ton duzun antiseptik məhlul istehsal etmək üçün Pxenyana göndərildiyini deyilib.
 
Qeyd edək ki, COVİD-19 xəstələrinin sayı ilə bağlı dəqiq məlumat hələ verilməyib.

Xatırladaq ki, Şimali Koreyada ilk rəsmi yoluxma 12 may tarixində üzə çıxıb.
 
Mikayıl Mirzəzadə
OXŞAR XƏBƏRLƏR