Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi "TikTok"a girişi bloklamaq qərarına gəlib.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirillib.
Nazirlikdən verilən məlumata görə, bu qərar sosial şəbəkənin məzmununun monitorinqindən sonra qəbul edilib.
Platformanın uşaqların sağlamlığına və inkişafına ziyan vuran məlumatların əldə edilməsinə məhdudiyyətlər qoyulmadığı müəyyən edilib.
Mədəniyyət Nazirliyinin açıqlamasında deyilir ki, yeniyetmələr "TikTok"da videolara baxdıqdan sonra müəyyən təhlükəli hərəkətləri təkrarlamağa çalışırlar.
Qərarın həyata keçirilməsi üçün ölkənin Rəqəmsal İnkişaf Nazirliyinə sorğu göndərilib.
Qeyd edək ki, Özbəkistanda 2021-ci ilin iyununda "TikTok"a giriş bloklanıb.