Malavidə dəhşətli "Freddi” qasırğası nəticəsində ölənlər və yaralananlar var.
AZXEBER.COM xarici kiv-ə istinadən xəbər verir ki, Milli Fəlakətlə Mübarizə İdarəsinin direktoru Çarlz Kalemba yerli mətbuat mənsublarına verdiyi açıqlamada təbii fəlakət nəticəsində ölənlərin sayının 99-a yüksəldiyini, itənlərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Fırtına nəticəsində 134 nəfərin yaralandığını qeyd edən Kalemba ölənlərdən 85-nin Blantir şəhərindən olduğunu bildirib.
Blantir şəhərində güclü külək və yağışın yaratdığı daşqınlar nəticəsində onlarla evə ziyan dəyib. Bundan əlavə, sel və daşqınlar səbəbindən şəhərin bəzi ərazilərinə girişin mümkün olmadığı bildirilib.
Dünya Meteorologiya Təşkilatı ilk dəfə ötən ay yaranan və 21 fevralda Madaqaskarda, 3 gün sonra isə Mozambikdə təsirlənən Freddinin tarixin ən uzun sürən qasırğası ola biləcəyini açıqlayıb.
Qeyd edək ki, Madaqaskarda təxminən 226 min, Mozambikdə isə 163 min adamı təsir edən ilk qasırğada onlarla insan həyatını itirib.
Mikayıl