Braziliyanın 3 mindən çox şəhərində misli görünməmiş isti dalğası səbəbindən qırmızı həyəcan elan edilib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rio-de-Janeyroda hiss olunan temperatur 52 dərəcəyə yüksəlsə də, ölkə daxilində 100 milyondan çox insanı təsir edən isti dalğasının cümə gününə qədər davam edəcəyi gözlənilir.
Braziliya isti dalğasının təsiri altındadır.
Rəsmilərin sözlərinə görə, bu qeyri-adi istilərə iqlim dəyişikliyi səbəb olur.
Ölkə daxilində 100 milyondan çox insana təsir edən isti dalğasının bir neçə günə qədər davam edəcəyi gözlənilir.
Ayşən