İsraildə koronavirusun "Delta" variantı sürətlə yayılmağa başlayıb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, İsraildə yeni növ koronavirus epidemiyasına yoluxanların sayı kəskin şəkildə artıb.
İsrailin Səhiyyə Nazirliyindən verilən açıqlamada bildirilib ki, son 24 saatda 9 min 831 adamın COVİD-19 testi pozitiv çıxıb.
Belə ki, təxminən 9,3 milyon əhalisi olan ölkədə virus səbəbiylə həyatını itirənlərin sayının 6 min 880-ə, ümumi yoluxanların sayının isə 1 milyon 11 min 223 -ə çatdığı bildirilib. Aktiv xəstə sayının 75 mindən çox olduğu ölkədə 690 xəstənin vəziyyətinin ağır olduğu qeyd edilib.
Delta variantının təsiri ilə gündəlik yoluxanların sürətlə artdığı ölkədə, COVİD-19 peyvəndinin üçüncü dozası tətbiq edilərək epidemiyaya nəzarət edilməyə çalışılır.
Daha əvvəl COVİD-19 peyvəndinin üçüncü dozasını fərqli yaş qruplarına tədricən tətbiq etmək qərarına gələn İsrail rəhbərliyi, dünən qrupa 30 yaşdan yuxarı insanları da əlavə edib.
Qeyd edək ki, indiyə qədər COVİD-19 peyvəndinin ilk dozası ölkədə 5 milyon 920 min insana, ikinci doza 5 milyon 453 min insana, üçüncü doza isə 1 milyon 647 min insana vurulub.
Ayşən