Bu ölkədə doğulan hər ikinci uşağa dövlət qayğı göstərəcək

Bu ölkədə doğulan hər ikinci uşağa dövlət qayğı göstərəcək
DÜNYA
16:04 16.01.2023
249
 
 
Yaşlı əhalinin ən çox olduğu ölkə Yaponiya uşaq doğurmağı təşviq etmək üçün tədbirlər görüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 2023-cü ilin oktyabr ayından etibarən paytaxt Tokioda ikinci uşaq baxımı xidmətləri pulsuz olacaq.
 
Yaponiyada doğum nisbətinin ən aşağı olduğu şəhər olan Tokioda cütlükləri ikinci uşaq dünyaya gətirməyə təşviq etmək üçün yeni tənzimləmə hazırlanıb.
 
Müvafiq olaraq, ikinci uşaq üçün körpələr evi xidmətləri 2023-cü ilin oktyabr ayında tamamilə pulsuz olacaq.
 
Tətbiq ailənin gəlir səviyyəsindən asılı olmayaraq 0-2 yaş qrupunu hədəf alır. Birinci mərhələdə 50 min uşağın əhatə olunması nəzərdə tutulur.
 
Mikayıl
 
 


OXŞAR XƏBƏRLƏR