Kanadanın Toronto şəhərində son 78 ilin ən yüksək temperaturu qeydə alınıb.
AZXEBER.COM xəbər verir ki, ötən gün Kanadanın Toronto şəhərində havanın temperaturu mövsüm normalarından yüksək olmaqla 78 illik rekord qırılıb.
Kanada Meteorologiya Xidmətindən verilən açıqlamada Toronto Pearson Hava Limanında aparılan ölçmələrdə havanın istiliyinin 32,1 dərəcə selsi olaraq qeydə alındığı bildirilib.
Açıqlamada temperaturun 1944-cü ildə ilin bu vaxtı üçün "rekord" olaraq qeydə alınan 31,1 dərəcə selsidən çox olduğu bildirilir.
Qeyd edək ki, 32,1 dərəcə istinin 36 dərəcə rütubətlə hiss edildiyi bildirilib və əhaliyə birbaşa günəş şüalarına çıxmamaq üçün çağırış edilib.
Aydın