Bu ölkədə epidemiya sürətlə yayılır: 4 nəfər öldü

Bu ölkədə epidemiya sürətlə yayılır: 4 nəfər öldü
DÜNYA
12:22 19.09.2023
163
Nigeriyanın Oqun əyalətində vəba təhlükəsi elan edilib. 

AZXEBER.COM xəbər verir ki, Ogun əyalət qubernatorluğunun sağlamlıq üzrə xüsusi müşaviri Tomi Coker İjebu rayonunda 4 nəfərin vəba səbəbiylə ölməsindən sonra əyalət hökumətinin bütün əyalətdə həyəcan təbili çaldığını açıqlayıb

Bölgədə çox sayda insanın xəstəxanaya yerləşdirildiyini bildirən Tomi Coker insanlardan istehlak etdikləri qidaların təmizliyinə diqqət etmələrini istəyib.

O, hökumətin epidemiyaya qarşı tədbir gördüyünü və bölgəyə xüsusi sağlamlıq qrupunun göndərildiyini qeyd edib.

Qeyd edək ki, sözügedən xəstəlik müalicə olunmazsa ölümcül ola bilər.

Gülay
OXŞAR XƏBƏRLƏR