Bu ölkədə güclü sel can almaqda davam edir: Daha 13 nəfər həlak oldu

Bu ölkədə güclü sel can almaqda davam edir: Daha 13 nəfər həlak oldu
DÜNYA
10:26 19.05.2023
224
İtaliyanın Emiliya-Romanya bölgəsində baş verən daşqın nəticəsində insan tələfatı artır. 
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İtaliyada sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı 13-ə yüksəlib.

Qeyd edək ki, İtaliyanın Emilia-Romanya bölgəsində güclü yağışlar nəticəsində ən azı 20 çay daşıb, çoxlu sayda yaşayış məntəqələri və əkin sahələri su altında qalıb.
 
Bölgədə 280-ə yaxın sürüşmə baş verib. Evlərində qapalı qalanlar vertolyotlarla xilas edilib və Emilia-Romanya Muxtar Hökumətinin prezidenti Stefano Bonaccini Bolonyadan 3000, Faenza və Ravennadan 5 min nəfərin 13 min insanın təxliyə edildiyini açıqlayıb.

Bu həftə sonu İmolada Formula 1 çərçivəsində keçiriləcək Emilia-Romagna Qran Prisi yaxınlıqdakı Santerno çayında daşqın təhlükəsi səbəbindən ləğv edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR