Sudanda ordu ilə yarım hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurma səngimir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 24 saatlıq atəşkəsə baxmayaraq, ölkədə ordu ilə yarımhərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında qarşıdurma dayanmayıb, həyatını itirənlərin sayının 300-ə yüksəldiyi açıqlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus öz Tvitter hesabında Sudandakı münaqişələrlə bağlı paylaşım edib.
Elektrik, qida, su və personala təhlükəsiz çıxışda yaşanan problemlərin və tibbi ləvazimatların azalmasının yaşandığını bildirən Ghebreyesus, təcili yardıma ehtiyacı olan minlərlə yaralı olduğu halda bu vəziyyətin səhiyyə müəssisələrinin işləməsini demək olar ki, qeyri-mümkün etdiyini ifadə edib.
Ghebreyesus Sudandakı tərəflərə "münaqişələrdə insani fasilə" çağırışını təkrarlayıb və sülhün yeganə həll yolu olduğunu qeyd edib.
Qeyd edək ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartumda və müxtəlif şəhərlərdə Sudan ordusu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri (HDK) arasında silahlı toqquşmalar baş verib.
Mikayıl