Bu ölkədə heyvanları öldürən şəxslər həbs ediləcək

Bu ölkədə heyvanları öldürən şəxslər həbs ediləcək
DÜNYA
11:36 22.09.2023
105
İspaniyada bəzi heyvanları öldürən, yaralayan şəxslər həbs ediləcək.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə qərar ölkədə təsdiqlənən yeni qanunda öz əksini tapıb.  

Qərara görə, heyvanlara verilən hüquqlara yenisi əlavə edilib. 

İspaniya Konqresinin təsdiqlədiyi cinayət məcəlləsinə edilən düzəliş, ev heyvanı olmayan onurğalı heyvanın ölümünə səbəb olan hər kəs üçün "6 aydan 18 aya qədər həbs və ya 18 aydan 24 aya qədər ictimai iş” cəzasını nəzərdə tutur. Qanun onurğalı heyvanlar kateqoriyasına onurğa və kəllə sümüyü olan skeleti olan hər hansı bir heyvan daxildir. Belə ki, balıq, siçan, it və ya kərtənkələnin öldürülməsi eyni şəkildə cəzalandırılır. 

Dəyişiklik həm də o deməkdir ki, əgər evə girən siçan və ya siçovul vurulub öldürülməsə, ancaq baytarlıq nəzarəti tələb edən xəsarətlərə səbəb olarsa, polisə məlumat verilərsə, onu 3 aydan 12 aya qədər həbs cəzası gözləyir.

Mikayıl
OXŞAR XƏBƏRLƏR