Bu ölkədə hicab taxmaq qadağan ediləcək

Bu ölkədə hicab taxmaq qadağan ediləcək
DÜNYA
15:14 03.09.2025
236
Avstriyada 14 yaşından kiçik qızların təhsil müəssisələrində hicab taxması qadağan ediləcək.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökumət qərar qəbul etməyə hazırlaşır. 

Məlumatlara görə, hicab qadağasını təkcə dövlət məktəblərində deyil, özəl məktəblərdə və universitetlərdə də tətbiq etməyi hədəfləyən hökumət bu aydan etibarən tənzimləməni qəbul edəcək.
 
Əsasnaməyə əsasən, məktəb müəllimləri hicab qadağasının pozulması ilə bağlı müvafiq orqanlara məlumat verməyə borclu olacaqlar. Pozuntu hallarında polis qadağanı pozan tələbənin valideynlərinə 100 avrodan başlayan cərimələr yazacaq. Təkrar pozuntular valideynlərin 1000 avrodan çox cərimələnməsi ilə nəticələnə bilər. 
  
Qeyd edək ki, 2017-ci ildən burka və oxşar geyimlərin qadağan olunduğu Avstriyada Konstitusiya Məhkəməsi daha əvvəl hicab qadağasını ləğv edib.
 
Lakin 2019-cu ildə yenidən hökumət ibtidai sinif şagirdləri üçün hicab qadağası tətbiq edib.
 
Xatırladaq ki, 2020-ci il dekabrın 11-də Konstitusiya Məhkəməsi hicab qadağasını ləğv etmək qərarına gəlib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR