Bu ölkədə şagirdlər böcəklərlə qidalanacaq

Bu ölkədə şagirdlər böcəklərlə qidalanacaq
DÜNYA
13:56 08.06.2022
390
Uelsdə məktəblilər böcəklərlə qidalanacaq.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Cənubi Uelsdəki Kardiff Universitetindən olan akademikin rəhbərlik etdiyi araşdırmaya əsasən məktəbdə oxuyan 5-11 yaşlı şagirdlər gənclərin alternativ iştahını ölçmək üçün həşərat və bitki zülalının birləşməsindən istifadə edilərək istehsal edilən "VeXo” adlı məhsulla qidalanacaqlar.

Məhsulun ənənəvi doğranmış ət yeməyinə bənzəyəcəyi bildirilib.
 
Araşdırma sosial mediada müxtəlif reaksiyalarla qarşılanıb. Bu araşdırmada alimlər həmçinin sürünənlər, çəyirtkələr, ipəkqurdları və un qurdları kimi həşəratları yeməyin qida və ekoloji cəhətdən nə qədər faydalı olduğuna dair bilgilər verib.

Kristofer Bearın rəhbərlik etdiyi tədqiqatda gənclərin alternativ zülallar haqqında anlayışını ölçmək üçün sorğular, müsahibələr və fokus qruplarından istifadə olunacaq.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR