ABŞ-də aparılan bir araşdırma, 3,2 milyondan çox amerikalının iqlim dəyişikliyi səbəbindən daşqın riski yüksək olan bölgələrdən köçdüyünü bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "Nature Communications” jurnalında dərc edilən yeni araşdırmada iqlimdən imtina əraziləri adlanan sahələrə diqqət çəkilib.
Tədqiqatda qeyd olunub ki, 2000-2020-ci illər arasında ABŞ-də 3,2 milyondan çox insan iqlim dəyişikliyi səbəbindən daşqın riski səbəbindən evlərini tərk edib.
2020-ci il siyahıyaalınması məlumatları və ölkə daxilində daşqın riski olan ərazilər müqayisə edilərək aparılan araşdırmada 20 ildə 3,2 milyondan çox xalis əhali itkisinin birbaşa daşqınlarla əlaqəli olduğu müəyyən edilmişdir.
Ayşən