Cənubi Koreyada koronavirusu ilə mübarizə çərçivəsində 2020-ci ilin əvvəlindən tətbiq edilən qadağa və məhdudiyyətlər ləğv edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Prezident Yun Sok Yol qərar imzalayıb.
Qərara əsasən, COVID-19 virusu "ciddi xəstəlik” statusundan "xəbərdarlıq” səviyyəsinə endirilib.
Bu, virusa yoluxanları 7 günlük məcburi karantinə cəlb olunmaqdan azad edib. Bundan əlavə, qapalı məkanlarda qoruyucu maska taxmaq qaydası da ləğv olunub.
Qeyd edək ki, mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ictimai səhiyyədə beynəlxalq narahatlıq yaradan COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan edib.
Mikayıl