Bu ölkədə maska tələbi yenidən qüvvəyə mindi

Bu ölkədə maska tələbi yenidən qüvvəyə mindi
DÜNYA
14:23 24.11.2022
226
Braziliyada maska tələbi yenidən başlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Cənubi Amerika ölkəsi Braziliyada artan COVİD-19 yoluxmaları və qarşıdan gələn dövrlərdə turistlərin sayının artması səbəbindən virusun ötürülmə riskini azaltmaq üçün hava limanlarında və təyyarələrdə maskalardan istifadə məcburi edilib. 

Braziliya Sağlamlığa Nəzarət Agentliyindən (Anvisa) verilən yazılı açıqlamada, avqust ayından etibarən riskli qruplara tövsiyə edilən maskalardan istifadənin 25 noyabrdan etibarən hava limanlarında və təyyarələrdə məcburi hala gəldiyi bildirilib. 

Mövzu ilə bağlı ekspertlərin görüşündən sonra qərarın qəbul edildiyini vurğulayan iclas iştirakçıları epidemioloji məlumatların, xüsusilə ictimai nəqliyyatda, hava limanlarında və qapalı mühitlərdə maskalardan istifadə kimi qeyri-farmakoloji mühafizə tədbirlərinin yenidən həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Digər tərəfdən, Latın Amerikasının ən böyük tibbi araşdırma fondu olan Oswaldo Cruz (Fiocruz), Rio de Janeyro və Sao Paulo kimi əyalətlər də daxil olmaqla 15 ştatda COVİD-19 yoluxmalarının artdığını açıqlayıb.

Son 6 həftədə təhlil edilən məlumatlara görə, paytaxt Braziliya, Rio-de-Janeyro və Sao Paulo şəhərləri artımla böyük şəhərlər sırasındadır.

Ayşən
OXŞAR XƏBƏRLƏR