Cənubi Koreya parlamenti məktəblərdə dərs saatlarında mobil telefon və ağıllı cihazlardan istifadəni qadağan edən qanun layihəsini qəbul edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "The Korea Herald” qəzetinin yazdığına görə, Milli Assambleyada iştirak edən 163 üzvdən 115-i qanun layihəsinin lehinə səs verib.
Yeni qanuna əsasən, əlillik, xüsusi ehtiyaclar və fövqəladə hallarda istifadə istisna olmaqla, tələbələr dərs saatlarında mobil telefon və smart cihazlardan istifadə edə bilməyəcəklər.
Qanun 2026-cı ilin martında yeni tədris ilindən qüvvəyə minəcək.
Qeyd edək ki, Cənubi Koreya telefon qadağası tətbiq etsə də, Fransa, Finlandiya, İtaliya, Hollandiya və Çin də tələbələrin telefon istifadəsinə müxtəlif dərəcədə məhdudiyyətlər tətbiq edib.