Bu ölkədə məktəblərdə mobil telefonlar qadağan edilə bilər

Bu ölkədə məktəblərdə mobil telefonlar qadağan edilə bilər
DÜNYA
16:10 29.11.2023
181
Yeni Zelandiyada hökumət məktəblərdə mobil telefondan istifadəni qadağan etməyi planlaşdırır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Yeni Zelandiyada yeni qurulan koalisiya hökuməti ilk 100 günlük fəaliyyət planı çərçivəsində məktəblərdə mobil telefonları qadağan etməyi planlaşdırır.

Baş nazir postunu tutan Kristofer Lukson hökumətin 49 tədbiri əhatə edən 100 günlük fəaliyyət planını açıqlayıb. 

Hökumətin təhsil sahəsində atacağı addımlar arasında məktəblərdə mobil telefondan istifadənin qadağan edilməsi, hər gün bir saat oxuma, yazı və riyaziyyat dərslərinin məcburi edilməsi də var.

İlk 100 günlük fəaliyyət planına bərpa olunan enerji istehsalının ikiqat artırılması da daxildir.

Ayşən
OXŞAR XƏBƏRLƏR