Bu ölkədə minlərlə tələbənin kredit borcları silindi

Bu ölkədə minlərlə tələbənin kredit borcları silindi
DÜNYA
18:51 05.10.2023
248
ABŞ-də Co Bayden administrasiyası 125 min nəfərin 9 milyard dollarlıq tələbə krediti borcunun silinəcəyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ağ Evin açıqlamasında Co Baydenin tələbə krediti əfv siyasəti çərçivəsində 125 min amerikalının 9 milyard dollarlıq tələbə kreditinin ləğvini təsdiqlədiyi qeyd edilib.

Beləliklə, Bayden administrasiyası bu günə qədər təxminən 3,6 milyon amerikalı üçün cəmi 127 milyard dollar kredit borcunu bağışlayıb.

Gülay
OXŞAR XƏBƏRLƏR