Bu ölkədə nazirlər həbs edildi, ordu hərəkətə keçdi

DÜNYA
09:22 25.10.2021
249
Sudanın Xartum ştatında 4 nazir, eləcə də yüksək rütbəli digər məmurlar həbs edilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, ordu bölmələri paytaxta bütün girişləri və körpüləri bağlayıb.

Saxlanılanlar arasında rabitə, informasiya, maliyyə, sənaye nazirlərinin də olduğu qeyd edilir. Xartum qubernatoru və ölkənin hakim Suveren Şuranın nümayəndələrindən biri də saxlanılıb. Həbslər davam edir.

Hərbçilərin Sudanın Baş naziri Abdullah Hamdukun evini mühasirəyə aldığı bildirilir. O, ev dustaqlığına buraxılıb.

Yaxın vaxtlarda ölkənin Suveren Şurasının rəhbəri Abdel Fəttah əl-Burxanın bəyanat verəcəyi gözlənilir. Paytaxtda kütləvi həbslər əl-Burxanın baş nazir Abdullah Hamdukla görüşündən sonra başlayıb.

"Al Arabiya" telekanalı isə ölkənin paytaxtında mobil əlaqə və internetin tamamilə kəsildiyini xəbər verib.

OXŞAR XƏBƏRLƏR