Avstraliyada pişiklərə komendant saatı tətbiq edilib.
AZXEBER.COM xəbər verir ki, bu dəfə səbəb koronavirus yox, pişiklərin üstün ov bacarıqları ilə digər canlıları ovlamasıdır. Rəqəmlərə əsasən, hər il milyardlarla ev heyvanı pişiklərin ovuna çevrilir.
Səlahiyyətlilər Avstraliyada pişiklər üçün həftənin 7 günü 24 saat ölkə üzrə komendant saatının qaçılmaz olduğunu bildirirlər.
Mövzu ilə bağlı yüzlərlə araşdırmanı birləşdirən və 2019-cu ildə nəşr olunan "Cats in Australia: Companion and Killer” kitabında vəhşi pişik tərəfindən il ərzində öldürülmə sayının 740-dan çox olduğu qeyd olunur. Bu o deməkdir ki, Avstraliyada hər gün təxminən üç milyon məməli, iki milyon sürünən və bir milyon kisəli heyvan pişiklərin qurbanı olur.
Pert şəhərində yerləşən vəhşi təbiət xəstəxanasının əməliyyat direktoru Din Huxley pişiklərin təkamül keçirərək müxtəlif vəhşi yaşamı mənimsədiklərini qeyd edib.
Avstraliyanın yerli hakimiyyət orqanları endemik vəhşi təbiəti məhv olmaqdan xilas etmək üçün pişik sahiblərinə qarşı sərt məhdudiyyətlər tətbiq etməyə artıq başlayıb.
Viktoriya ştatının Greater Bendigo şəhərində pişik sahibləri ev heyvanlarını evlərində saxlamadıqları üçün cərimələnirlər. Cənubi Avstraliyanın Adelaide Hills regionunda pişiklər üçün axşam saat 8-dən səhər 7-yə qədər komendant saatı tətbiq olunub.