Bu ölkədə polis vətəndaşlara xəbərdarlıq etdi: "Məktəbə silahlı hücum olub"

Bu ölkədə polis vətəndaşlara xəbərdarlıq etdi: "Məktəbə silahlı hücum olub"
DÜNYA
12:29 02.04.2024
124
Dünyanın ən xoşbəxt ölkəsi kimi tanınan Finlandiyanın Vantaa şəhərində məktəbə silahlı hücum olub. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Finlandiyanın paytaxtı Helsinkinin şimalında yerləşən Vantaa şəhərindəki Viertola ibtidai məktəbinə silahlı hücum olub. İlkin məlumata görə, 3 nəfər yaralanıb. Xəsarət alanların uşaq olduğu bildirilib.

Polis ərazidə yaşayan vətəndaşlardan evlərini tərk etməmələrini istəyib və "Tanımadığınız insanlara qapını açmayın” deyib.

Bildirilib ki, birinci sinifdən doqquzuncu sinfə kimi dərslərin aparıldığı məktəbdə 8000-ə yaxın şagird təhsil alır, məktəbdə 90-a yaxın insan çalışır.

Finlandiyanın Daxili İşlər və Cinayət Axtarış Departamentinin rəhbəri Tiia Palmen uşaqların məktəbdə gizləndiyini açıqlayıb.

Araşdırmalar davam edir.

Ayşən
OXŞAR XƏBƏRLƏR