Bu ölkədə qadınları zorlamaq əmri verildi

DÜNYA
16:35 23.04.2014
4155
Cənubi Sudanda vəziyyət hər gün getdikcə daha da pisləşir.
AZXEBER.COM-un ANS Press-ə istinadən verdiyi xəbərə görə, Cənubi Sudanın neft şəhəri olan Bentiunun silahlı qruplar tərəfindən ələ keçirilməsindən sonra ölkədə etnik qarşıdurmalar getdikcə artmağa başlayıb.
Yüzlərlə ölüm hadisəsinin meydana gəldiyi ölkədə qadınlara təcavüz əmri də verilib.
BMT-nin Bantiudak etnik qarşıdurmada ölənlərin yüzlərlə olduğunu, Nuer cəmiyyətinə bağlı silahlı qrupların məscid, kilsə və xəstəxanaları hədəf aldığını açıqlayıb.
Cənubi Sudan radiolarında Dinka etnik qrupuna mənsub şəxslərə şəhəri tərk etmək xəbərdarlığı edilir. Bəzi yayımlarda isə ölkədəki əksəriyyət etnik qrupları Dinka qrupuna mənsub qadınlara təcavüz etməyə çağırıb.
Məlumata görə, Nuer cəmiyyəti silahlı müxalif Riyek Maçarı dəstəkləyir, Cənubi Sudan prezidenti Salva Kiir isə ölkənin ən böyük etnik qrupu Dinkaya bağlıdır.
Qeyd edək ki, BMT Bentiuda yerli əhali etnik qruplarla yanaşı, xarici ölkələrin vətəndaşlarının da öldürüldüyünü bildirib.
OXŞAR XƏBƏRLƏR